
"Çin Enerji İnşaat Korporasiyası"na (“China Energy Engineering Group”) məxsus fotovoltaik modullarla yüklənmiş 45 konteynerlik Çin-Avropa yük qatarı Sian şəhərindən yola çıxıb.
Bu, 2026-cı ildə Çindən Transxəzər beynəlxalq nəqliyyat marşrutu, yəni Orta Dəhliz vasitəsilə yola çıxan ilk qatar hesab olunur. Yanvarın 1-də yola çıxan qatar Horqos sərhəd-buraxılış məntəqəsindən Qazaxıstana keçərək Xəzər dənizi vasitəsilə yekunda Bakıya çatacaq.
Layihə, Çindən Avropaya daşınan yükün Transxəzər marşrutu ilə daha sürətli və effektiv şəkildə çatdırılmasına imkan yaradır.





