
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “The Washington Times” qəzetinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə erməni mediasında geniş yayılıb.
Xüsusilə onun “Biz təkcə Ermənistan hökuməti ilə deyil, həm də Ermənistan xalqı ilə sülh qururuq” açıqlaması bəzi erməni politoloqlar arasında narahatlıq yaradıb. İranşünas Vardan Voskanyan isə Azərbaycanın “Ermənistanı hakimiyyət və cəmiyyət olaraq iki yerə ayırması” barədə mövqeyini tənqid etməyə çalışsa da, bu, əslində onun panikasını ört-basdır etmək cəhdidir.
Məsələ ondadır ki, erməni revanşistlər sülh prosesinə mane olmağa çalışır, lakin Azərbaycanın strateji yanaşması və erməni xalqı ilə sülh qurmaq istəyi onların planlarını poza bilər.





