
ABŞ Prezidenti Donald Tramp Kolumbiya rəhbərliyi barədə sərt və qalmaqallı bəyanat verib.
Qanuntv.az xəbər verir ki, Tramp Kolumbiyanın hazırkı vəziyyətini tənqid edərək ölkənin “xəstə bir adam tərəfindən idarə edildiyini” iddia edib. O, bu şəxsin uzun müddət hakimiyyətdə qala bilməyəcəyini bildirib.
Jurnalistin ABŞ-nin Kolumbiyada hərbi əməliyyata başlama ehtimalı ilə bağlı sualına cavab verən Tramp isə diqqətçəkən ifadə işlədib:
“Bu, mənə uyğundur”.
ABŞ Prezidentinin bu açıqlaması Vaşinqtonun Kolumbiyaya qarşı daha sərt addımlar ata biləcəyi ehtimallarını artırıb. Ekspertlər Trampın bəyanatını regionda gərginliyin artmasına səbəb ola biləcək siqnal kimi dəyərləndirirlər.
ABŞ administrasiyası və Kolumbiya rəsmilərindən məsələ ilə bağlı hələlik rəsmi mövqe açıqlanmayıb.





