
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkədə elmi inkişafı təmin etmək üçün təkcə elmi işçiləri işlə təmin etmək kifayət etmir, islahatlar aparmaq zəruridir.
“Əgər biz, doğrudan da, elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik. Bu, qaçılmazdır. Biz bunu etməsək, onda inkişafın da müəyyən məhdudiyyətləri olacaq”, – dövlət başçısı vurğulayıb.
Prezidentin sözlərinə görə, elmi sahədə islahatlar ölkənin dayanıqlı inkişafı və innovasiya potensialının artırılması baxımından əsas şərtlərdən biridir.





