![]()
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, qəza zamanı iki "Opel", "Toyota Prius", "VAZ-2104", "Changan" və "BMW" markalı avtomobillər toqquşub. Hadisənin baş verməsinə səbəb sürücülər tərəfindən ara məsafəsinin gözlənilməməsi göstərilir.
Qəza nəticəsində xəsarət alanlar barədə hələ rəsmi məlumat verilməyib. Yol-nəqliyyat hadisəsi ilə bağlı müvafiq qurumlar araşdırma aparır.![]()




