
ABŞ administrasiyası Venesuelada faktiki nəzarəti Dövlət Departamentinin rəhbəri Marko Rubioya verib.
"Bloomberg"in məlumatına görə, Rubio ölkədə hakimiyyətin təhlükəsiz keçidinə qədər baş müvəqqəti koordinator təyin edilib.
Qeyd olunur ki, Rubio uzun müddətdir prezident Nikolas Maduronun sərt tənqidçisidir. O, artıq Venesuelanın vitse-prezidenti Delsi Rodriqes ilə görüşərək narkotik qaçaqmalçılığına son qoyulmasını tələb edib.
Bundan əlavə, ABŞ dövlət katibi Venesuelada seçkilərin hələ müzakirə mövzusu olmadığını bildirib.





