
Yanvarın 1-də saat 18:30 radələrində Səbail rayonu, akademik Əhəd Yaqubov 15 ünvanında yerləşən "Baku City Karting"də ölüm hadisəsi baş verib.
Qanuntv.az Bakupost.az-a istinadla xəbər verilir ki, yeniyetmənin idarə etdiyi kart digər avtomobillə toqquşub və o, hadisə yerində dünyasını dəyişib.
Hazırda Səbail Rayon Prokurorluğunda faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.
Qeyd edək ki, "Baku City Karting" hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.





