• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Daxili turizmin tərs mütənasib halı – Yuxarı qiymət, aşağı xidmət [xfvalue_red]

9 Ağu, 22 - 09:22

Daxili turizmin tərs mütənasib halı – Yuxarı qiymət, aşağı xidmət


Yay başa çatır və məhz avqustda buna qədər dincəlməyə vaxtı olmayan vətəndaşlar təcili variant axtarırlar. Xaricə səyahətlər xeyli bahalaşıb, buna görə də çoxları daxili turizmi nəzərdən keçirir. Ölkədə elə istirahət obyektləri var ki, orada normal xidmət münasib qiymətə təklif olunur, lakin onların sayı bizim istədiyimiz qədər deyil. Çoxları şişirdilmiş qiymətlərdən, axsaq xidmətdən və bəzən hər ikisindən şikayətlənir.

Vətəndaşlar sosial şəbəkələrdə təəssüratlarını bölüşürlər:

“Ölkəmiz heyrətamiz təbiətə malikdir, təəssüf ki, xidmət və xidmət mədəniyyəti çox vaxt arzuolunan səviyyədə deyil. Elə otellər var ki, orada hər şey olmalı olduğu kimidir, amma orada da qiymətlər çox bahadır”.

“Azərbaycanda yerli əhalinin yalnız 10-15%-i istirahət edə bilir, qalanları isə başqa ölkələrdən gələn turistlərdir”.

“Rayonların birində ev rezerv etdim. Gedib tozlu, çirkli bir yerə çıxdıq, fotoşəkillərdə hər şey gözəl görünsə də... Səhər yeməyi zəifdir. Və bütün bunlar üç nəfər üçün gündə 200 manatdan baha başa gəlir”. DAİR Otellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin və Azərbaycan Ekoturizm Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi daxili turizm sahəsində yaranmış vəziyyəti AYNA-ya belə şərh edib:

“Qiymətlər və xidmətlə bağlı şikayətlərlə qismən razıyam. Bu gün artan qiymətlər heç kimi təəccübləndirmir. Hətta az təşviq edilən regional turizm istiqamətlərində belə, qiymətlər qalxır. Bir çox yerli obyektlər xarici turistlər üçün nəzərdə tutulub ki, onların böyük əksəriyyəti ərəb ölkələrindən, Cənubi Asiyadan və bir neçə qonşu ölkələrdən gələnlərdir. Bu ölkələrdən gələn turistlərin kontingenti əsasən yüksək gəlirli imkanlı insanlardır. Və Azərbaycan bir sıra regional və kontinental rəqiblərinə görə ucuz turizm məkanı deyil.

Biz turist qəbul edə bildiyimiz ölkələrlə hava əlaqəsini bərpa edirik. Rəsmi çarterlər olmasa da, bəzi ərəb ölkələri ilə reyslər, görünür, bu prinsiplə işləyir. Gələn turizm statistikası çox yaxşı inkişaf dinamikasını göstərir.

Eyni zamanda, çıxış turizmində vəziyyət daha da pisləşib - pandemiyadan əvvəl xaricə istirahətə gedən bir çox vətəndaş bu gün bunun qiymətini ödəyə bilmir. Hava nəqliyyatı qiymətləri artıb, quru sərhədləri bağlanıb, aşağı büdcəli aviaşirkətlər azdır, viza almaqda problemlər və bir çox başqa səbəblər gedən turistlərin dairəsini məhdudlaşdırır.

Amma yenə də dincəlmək, sağalmaq, yeni təəssüratlar əldə etmək lazımdır. Bütün bunların fonunda daxili turizm inkişaf edir. Artıq xaricə istirahətə gedə bilməyənlər bölgələrimizi seçirlər. Belə ki, ölkə daxilində turizm xidməti almaq istəyən yerli turistlərin sayı artır.

Razılaşın, əgər turizm obyektləri əcnəbi turistin hesabına kifayət qədər böyük məbləğdə qazanc əldə edə bilirsə, o zaman yerli turistə xidmət arxa plana keçir. Biznes həmişə özünü yaxşı, rahat hiss etdiyi, daha çox qazana biləcəyin istiqamətə doğru qaçır. Bunlar reallıqlardır.

Qaynar mövsümdə bəzi rayonlara əcnəbilərin axını səbəbindən yerli turistlər otellərdə kifayət qədər yer tapmır və ya qalan nömrələrin qiymətləri isə vətəndaşları qane etmir. Restoran xidmətlərinin qiymətləri də bahalaşır və bu, enerji və ərzaq qiymətlərinin artması fonunda baş verir. Biznesi günahlandırımaq üçün səbəb yoxdur, birtəhər zamanın tələblərinə uyğunlaşmaq lazımdır.

Eyni zamanda xatırlatmaq yerinə düşər ki, turizm və qonaqpərvərlik sənayesi iqtisadi fəaliyyətin sosial-mədəni komponentlərlə zəngin olan sahələridir. Bu biznes nümayəndələri xarici turistlərin gözündə öz ölkələrinin bir növ səfiri olmaqla yanaşı, xidmət sektorunun peşəkarları kimi yüksək karyera titulu daşıyıcılarıdır. Və bütün bu fəlsəfədə təmizlənməmiş otaqlara, yöndəmsiz xidmətə, çirkli qablara, səliqəsiz işçilərə və deməli, aşağı və qeyri-qənaətbəxş xidmət və xidmət mədəniyyətinə yer yoxdur.

Yüksək qiymət və aşağı xidmət mahiyyət etibarilə uyğun gəlməyən anlayışlardır! Məqbul və ya aşağı, bəzən çox ucuz, dempinq, həmçinin müəyyən kampaniyaların aşağı qiymətləri də qeyri-qənaətbəxş xidmətlərin göstərilməsi üçün səbəb deyil. Bununla belə, bazarda biznes tərəfindən bu məsələ ilə bağlı müəyyən təhrif olunmuş anlayış var.

Ölkədə yüksək səviyyədə xidmət göstərən nümunəvi rahat obyektlər çoxdur. Belə otel və restoranlarda qiymətlər də müvafiq olaraq yüksəkdir. Burada qeyd etmək yerinə düşər ki, turistlər tərəfindən də bununla bağlı anlaşılmazlıq var - yəni yüksək səviyyəli obyektləri seçərkən xüsusi hallar istisna olmaqla, aşağı qiymətlərə ümid edə bilməzsiniz. Obyektivlik naminə qeyd etmək yerinə düşər ki, hətta bu obyektlərdə də standartlara cavab verməyən xidmətlərə rast gəlinir.

Daim yüksək qiymətlərdən, pis xidmətdən, narazılıqdan və diskomfortdan şikayət edənlər həmişə olacaq. Hətta şorbada milçək, yastıqda tarakan tapanlar da olacaq ki, pul verməmək üçün qalmaqal yaratsınlar. Ancaq belə ifadələrin sayı çoxalırsa, həyəcan təbili çalmağa dəyər!

Əgər biz turizm sektorunu elə qura bilmiriksə ki, turizmin digər sahələri ilə yanaşı, daxili turizm də ümumi əhalinin, hətta deyərdim ki, əhalinin bütün təbəqələrinin tələbatını ödəyə bilsin, deməli, nədəsə səhv edirik. Zəif halqanı tapıb, düzəltmək lazımdır!

Dövlət biznesin qiymət siyasətinə qarışmır - və bu, aksiomadır. Amma bu, o demək deyil ki, sferanın fəaliyyətini, o cümlədən qiymət formalaşması proseslərini tənzimləyən müxtəlif alətlər olmamalıdır. Bu vasitələrin dövrlərdə və ayrı-ayrılıqda deyil, vahid inteqrasiya olunmuş sistemdə işləməsi vacibdir. Bir tərəfdən, qiymətlər xidmət və ya məhsula qoyulan komponentlərin son dəyəri, üstəgəl biznes gəlirləri kimi qəbul oluna bilər, digər tərəfdən qiymətlərin formalaşmasına psixoloji və müxtəlif sosial-iqtisadi amillər də təsir edir.

Bacarıqsız, bəzən vicdansız biznes davranışı həddindən artıq qiymət artımına və göstərilən xidmətlərin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Müvafiq strukturlar müxtəlif növ tələblərin, nəzarətin, cəzaların tətbiqi ilə yanaşı, həm də sənayenin inkişafı üçün biznesi düzgün istiqamətə yönəltməlidir.

Təəssüf hissi ilə qeyd edirəm ki, turizm xidmətləri bazarında və qonaqpərvərlik sektorunda birlik yoxdur. Bizneslər ictimai birliklərin ətrafında toplaşa bilməz. Assosiasiyaların faydalılığını və faydalarını anlamaq, vahid bəyanatlar vermək, birgə həllər və təkmilləşdirmələr axtarmaq yerli biznesin şüurunda yenicə formalaşmağa başlayır.

Burada da məsuliyyət dövlət strukturlarının üzərinə düşür ki, onlar bazarı məharətlə birləşdirməli, “biz və düşmən”ə bölməməli, marionet, guya ictimai birliklər yaratmağa təşəbbüs göstərməməli, onları bazar təmsilçilərinin içinə soxaraq, illərlə heç nə etməyərək, ancaq yaşamalı dövlət subsidiyalarına ümid edərək, yaşamasına şərait yaratmamlıdırlar. Yalnız birləşməklə müəssisələr öz addımlarını, inkişaf planlarını, o cümlədən qiymətləri birgə koordinasiya edə bilərlər.

Biz uzun müddətdir ki, turizm sənayesində çalışan işçilərin əksəriyyətinin müvafiq təhsilə malik olmadığını və bu işçilərin ixtisaslarının heç bir şəkildə təsdiqlənmədiyini deyirik. Bu, əsasən peşə ixtisaslarına aiddir, çünki onlar sənayedə mütləq əksəriyyəti təşkil edir. Bunlar ofisiantlar, barmenlər, baristalar, qulluqçular, hostes işçiləri, turizm agentləri, bələdçilər, sürücülər və turist xidmətlərinin göstərilməsi ilə birbaşa və dolayısı ilə məşğul olan bir çox başqalarıdır.

Müvafiq ixtisas, dolayısı ilə bilik və bacarıq almamış zəif təhsilli şəxs lazımi səviyyədə xidmət göstərə bilməyəcək və ya daha da təkmilləşə bilməyəcək. Ona görə də biz təhsil proseslərinə xüsusi diqqət yetirməliyik.

Ümid edirəm ki, biz birlikdə qaldırılan məsələlərin həllini tapıb davamlılıq, şəffaflıq və əməkdaşlıq prinsipləri əsasında inkişaf edə biləcəyik”.

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Kağız üzərindəkinə yaxın durmayan inflyasiya: bahalaşmanı niyə cilovlaya bilmirlər? - NƏ ETMƏLİ?
backend
Üç Azərbaycan vətəndaşı Ermənistana turist kimi gedib
backend
Azərbaycanda faizsiz kredit nə vaxt reallaşacaq? - GƏLİŞMƏ
backend
Sabiq polis rəisi ilə bağlı ittihamlara RƏSMİ MÜNASİBƏT
backend
Nabranda istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 091

XƏBƏR LENTİ

Sərhəd Qoşunlarının keçmiş komandanı general-mayor Abbasəli Novruzov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2516 Ağu
Bəxtiyar Vahabzadə – Azərbaycan sözünün və milli düşüncənin böyük siması [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1916 Ağu
Moskva vilayətinə kütləvi dron hücumu: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1616 Ağu
Tovuzda 25 yaşlı sürücü ağır qəzada ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1316 Ağu
ABŞ-da “doğuş turizmi” ilə bağlı daha 150 vizanın ləğv edildiyi açıqlanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0716 Ağu
19 yaşlı almaniyalı üzgüçü dünya rekordunu yenilədi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0116 Ağu
Polşada 55 metrdən hündür Məryəm Ana heykəli ucaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0016 Ağu
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5816 Ağu
Ucarda iki yük avtomobili toqquşub: İki nəfər ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5516 Ağu
Astarada 60 yaşlı kişi ağacdan yıxılaraq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5116 Ağu
Abdullah Zubir “Qarabağ”dan ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4216 Ağu
Siyəzən səhiyyəsində peşəkarlıq və insanpərvərlik nümunəsi – Nərgiz Əliyeva [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1615 Ağu
Sumqayıtda 6 avtomobil toqquşub – xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0815 Ağu
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini bildirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0015 Ağu
Nardaranda hovuzda ayağı su nasosunda sıxılan uşaq ölüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4515 Ağu
Rusiyadan Ermənistana Azərbaycandan tranzitlə 560 ton buğda göndəriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3015 Ağu
“Turan Tovuz” mövsümə qələbə ilə başladı – “Qəbələ” məğlub oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2115 Ağu
Rövşən Fətullayevə Ekologiya Nazirliyində vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1115 Ağu
Ağdamda açıq ərazidə yanğın başlayıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0315 Ağu
Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0015 Ağu
Toxumçuluq sahəsində yeni dövlət rüsumları müəyyənləşdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5515 Ağu
Hacıqabul səhiyyəsinin inkişafında məsuliyyətli rəhbərlik nümunəsi – Gülşən Qəmbərova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1414 Ağu
İnsan sağlamlığının keşiyində dayanan nümunəvi rəhbər – Novruzov Şamil [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1814 Ağu
Quliyev Osman Vəli oğlu – Qobustan bələdiyyəsinə rəhbərlik edən nümunəvi şəxsiyyət [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4814 Ağu
Yasamalın bəzi ərazilərində işıq olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0414 Ağu
Zaqatalada avtomobil aşıb: 17 yaşlı sürücü də daxil olmaqla 4 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0014 Ağu
Erlinq Holand Ginnesin Rekordlar Kitabına dörd rekordla düşdü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5814 Ağu
Xankəndiyə növbəti köç karvanı yola salınıb – 22 ailə, 102 nəfər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5614 Ağu
ABŞ İranla müharibədə “MQ-9 Reaper” PUA-larının 25%-ni itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5314 Ağu
XİN: İki gün ərzində Azərbaycanda iki mina partlayışı baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5114 Ağu
Kəlbəcərdə mina partlayışı: 73 yaşlı kişi xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4614 Ağu
Şamil Əliyevə Naxçıvanda yüksək vəzifə verildi – FOTO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:3614 Ağu
FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 66 nəfər xilas edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2414 Ağu
Salahova Xuraman Xanlar qızı – məktəbəqədər təhsilin inkişafına dəyərli töhfə verən rəhbər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:4714 Ağu
Məleykə Abbaszadədən abituriyentlərə VACİB MƏSLƏHƏT: “Ən çox istədiyiniz ixtisası birinci yazın” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2313 Ağu
İlham Əliyev Almaniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:1213 Ağu
Qarayara xəstəliyi necə yayılır? – VACİB AÇIQLAMA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0613 Ağu
Kür çayında batan 21 yaşlı oğlanın meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:2313 Ağu
Bakıda mağazada başlayan yanğın mənzillərə keçib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:1513 Ağu
Bakı-Quba yolundakı qəzada AAYDA əməkdaşı həlak olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0313 Ağu
Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsinin açılışı olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:5013 Ağu
Səbinə Salmanova: Naxçıvan üçün yeni era başlayır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:4613 Ağu
Bəhruz Məhərrəmov: Naxçıvan yeni geoiqtisadi qovşağa çevrilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2613 Ağu
Heydər Əliyev prospektində qəza: Yolun kənarında dayanan avtomobilə çırpıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1113 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə