• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verdi [xfvalue_red]

18 Eyl, 23 - 11:51

Prezident taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə başsağlığı verdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər mövzusuna həsr edilmiş beynəlxalq konfransda salamlayıram.

İtkin düşmüş şəxslər məsələsi Azərbaycanın üzləşdiyi ən ağır problemlərdən biridir və konfransın mövzusu ölkəmiz üçün xüsusi aktuallıq kəsb edir. Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 3890 vətəndaşımız itkin düşmüşdür. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfərin əsir-girov götürülməsi və ya vaxtilə işğal altında olmuş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar mövcuddur.

Etibarlı məlumatlara əsasən, itkin düşmüş şəxslər Ermənistan tərəfindən işgəncələrə məruz qalmış, qətlə yetirilmiş və Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində kütləvi məzarlıqlarda basdırılmışdır.

İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi məsələsi daim Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur. 1993-cü ildə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası yaradılmış və bu illər ərzində səmərəli fəaliyyət göstərmişdir.

2020-ci ildə Azərbaycanın torpaqlarının işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün yeni imkanlar açdı. Lakin Ermənistan tərəfindən ərazilərimizin minalarla və partlamamış hərbi sursatlarla çirkləndirilməsi kütləvi məzarlıq yerlərinin müəyyən olunması, ekshumasiya işlərinin aparılması prosesinə ciddi maneələr yaradır.

Vətən müharibəsindən dərhal sonra Dövlət Komissiyasının imkanlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılmış, işğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların yerlərinin müəyyən olunması, zəruri qazıntı və ekshumasiya işlərinin aparılmasına başlanılmışdır. Son iki ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış qazıntılar nəticəsində 10 kütləvi məzarlıq aşkar edilmişdir. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində itkin düşmüş 15 nəfərin eyniləşdirilməsi mümkün olmuş və bu barədə ictimaiyyətə məlumat verilmişdir. Bu gün daha 10 nəfərlə bağlı əlavə məlumat təqdim ediləcək.

Mən taleyi müəyyən olunmuş itkin şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirəm. 30 il əvvəl itkin düşmüş vətəndaşlarımızın taleyinin aydınlaşdırılması ciddi ictimai hadisə olmaqla yanaşı, həm də Azərbaycan dövlətinin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir. Mən itkin ailələrini əmin edirəm ki, Vətən uğrunda döyüşlərdə itkin düşmüş bütün şəxslərin taleyinin aydınlaşdırılması üçün səylərimizi əsirgəməyəcəyik.

İtkin düşmüş şəxslər məsələsi post-münaqişə dövründə bütün aidiyyəti görüşlərdə, Ermənistanla aparılan danışıqlarda, xüsusilə Brüssel və Vaşinqton platformalarında tərəfimizdən xüsusi qabardılır. Təəssüf ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini kobud şəkildə pozaraq itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları Azərbaycan tərəfinə təqdim etmir. Bunun səbəbləri aydındır. Ermənistan hesab edir ki, bununla törətdiyi növbəti hərbi cinayətlərin, vəhşiliklərin üstü açılacaq. Beynəlxalq ictimaiyyət itkin düşmüş şəxslərin taleyinə və kütləvi məzarlıqlara dair məlumatların Azərbaycan tərəfinə təqdim edilməsi məqsədilə Ermənistana təzyiq göstərməlidir. Bu sırf humanitar məsələdir və onun siyasiləşdirilməsi yolverilməzdir.

İtkin düşən şəxslərin taleyinin müəyyənləşdirilməsi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, barışıq baxımından da vacibdir. Bu sahədə əməkdaşlıq effektiv etimad quruculuğu tədbirlərindən biri ola bilər.

Silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsi qlobal problemdir. Azərbaycan bu məsələyə beynəlxalq müstəvidə diqqətin artırılması istiqamətində ciddi addımlar atmışdır. Ölkəmiz iki ildən bir BMT Baş Assambleyasında itkin düşmüş şəxslər mövzusunda qətnamə irəli sürür. Hesab edirik ki, BMT sistemində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyac var.

Əminəm ki, konfrans beynəlxalq ictimaiyyətin diqqətinin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması kimi ağrılı məsələyə cəlb olunmasına öz töhfəsini verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, konfransın işinə uğurlar diləyirəm".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Şəhidlərin dəfn mərasimləri yaxın zamanda təşkil OLUNACAQ
backend
"Ermənistanın konstruktiv mövqe tutacağına ümid etsək də..." - Əli Nağıyev
backend
İtkin düşmüş daha 10 nəfərin taleyi müəyyənləşdi, biri Milli Qəhrəman Riad Əhmədovdur
backend
"İtkin düşmüş hərbiçilərimizin xeyli hissəsi əsir düşərgələrində qətlə yetirilib" - Əli Nağıyev
backend
İtkin düşən əsgərlərlə bağlı beynəlxalq təşkilatlara - Müraciət edildi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 050

XƏBƏR LENTİ

Naxçıvanda yeniyetmə cüdoçu Vəli Əliyev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3126 Haz
Prezident İlham Əliyev Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2926 Haz
“Qarabağ”dan növbəti transfer – Yamayka millisinin üzvü Ağdam klubunda [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2526 Haz
Prezident İlham Əliyevdən şəhid hərbçilərlə bağlı Sərəncam [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2326 Haz
Həştərxan nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0425 Haz
Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:0125 Haz
Əli Əsədov Həştərxan vilayətinin vitse-qubernatorunu qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5825 Haz
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5625 Haz
Mərdəkan çimərliyində batan 4 gəncdən sonuncusunun meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5325 Haz
Aşura günü qanvermə aksiyasında iştirak edən donorların sayı 2 534 nəfərə çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4925 Haz
Məktəbdəki qiymətləndirmə ilə qəbul nəticələri arasında fərq müzakirələrə səbəb olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4125 Haz
Bakıda avtomobilləri telefonla qəsdən zədələyib pul tələb edən şəxs saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3025 Haz
Bir çox bank kartlarında yaranan problemə səbəb açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2725 Haz
Həmyerlimiz Nəimi Amiral ABŞ-ın Pakistandakı hərbi attaşesi təyin olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2425 Haz
ŞKTR parlamentinin sədri Ziya Öztürkler Azərbaycana səfərə gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3124 Haz
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfərə gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2624 Haz
Türkmənistan Prezidentinin Qarabağ səfəri diqqət çəkib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2224 Haz
Dövlət qulluqçuları təltif edildi – TAM SİYAHI [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:1324 Haz
Qarabağ Universitetində yeni təyinat [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4524 Haz
Qanunun keşiyində dayanan peşəkar rəhbər – Ruslan İsayevin nümunəvi fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4924 Haz
Peşəkarlıq və insan amilini öz fəaliyyətində birləşdirən həkim – Nərgiz Bicilova [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5224 Haz
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:3924 Haz
Qətər Şura Məclisinin sədri Azərbaycana işgüzar səfərə gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2824 Haz
İlham Əliyevin uşaqlarla səmimi görüntüləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1324 Haz
ŞƏMKİR RAYONUNDA DÖVLƏT QULLUĞU: İNKİŞAF, ŞƏFFAFLIQ VƏ İDARƏETMƏ SƏMƏRƏLİLİYİ [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0223 Haz
Lionel Messi Argentina – Avstriya matçının ən yaxşı oyunçusu seçildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:2123 Haz
Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1423 Haz
Lökbatanda taksi ilə sərnişin avtobusu toqquşub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:1123 Haz
Rusiyada qasırğa və tornado: xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:0223 Haz
Sumqayıtda ağır yol qəzası baş verib – xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:5323 Haz
Mingəçevirdə 35 yaşlı şəxs döyülərək öldürüldü – şübhəli saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:2323 Haz
Emin Əmrullayev: Bakıdakı universitetlər köçürülməyəcək, tələbə sayı azaldılacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:1423 Haz
Şamaxı yollarının inkişafında məsuliyyətli idarəçilik nümunəsi – 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:0523 Haz
Bakıda dənizdə batan 4 nəfərdən 3-nün meyiti tapıldı – axtarışlar davam edir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:5623 Haz
Cəlilabadda şəhid ailələrinə yararsız qurban əti göndərilməsi ilə bağlı vəzifəli şəxsə töhmət verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
08:3423 Haz
Türkmənistan Prezidenti Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5422 Haz
İlham Əliyev və Sərdar Berdiməhəmmədov mətbuata bəyanatla çıxış ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5022 Haz
Azərbaycan və Türkmənistan arasında bir sıra mühüm sənədlər imzalanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4722 Haz
Azərbaycan Türkmənistana tanker hədiyyə edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3822 Haz
İlham Əliyev və Sərdar Berdiməhəmmədov arasında geniş tərkibdə görüş keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3522 Haz
İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3122 Haz
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycanda rəsmi qarşılanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2922 Haz
Ağcabədi Pedaqoji Kollecinə yeni rəhbər təyinatları olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2522 Haz
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycana dövlət səfərinə gəlib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:2122 Haz
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə