
"Azərikard" Prosessinq Mərkəzi bəzi bankların müştərilərinin kart hesablarında yaranan texniki problemlə bağlı açıqlama yayıb.
Məlumata görə, kartlardan vəsaitlərin silinməsi ilə bağlı yaranmış hal banklararası hesablaşma fayllarının emalı zamanı baş verən texniki təkrarlanmalar səbəbindən meydana gəlib. Qeyd olunub ki, yaranmış problem "Azərikard"dan asılı olmayan texniki səbəblərlə əlaqədardır.
Hazırda təkrarlanmış əməliyyatların ləğvi prosesi həyata keçirilir. Kart hesablarının bərpası mərhələli şəkildə aparılır.
"Azərikard" bildirib ki, məsələ yaxın zamanda tam həllini tapacaq.





