
Məktəblərdə il ərzində aparılan qiymətləndirmə nəticələri ilə qəbul imtahanlarının göstəriciləri arasında müşahidə olunan fərqlər diqqət çəkir.
Statistik məlumatlar göstərir ki, bəzi məzunlar məktəbdə yüksək və ya orta nəticə göstərsələr də, qəbul imtahanlarında gözlənilən balı toplaya bilmirlər. Eyni zamanda, dərslərdə orta göstəriciyə malik bəzi şagirdlərin imtahanlarda yüksək nəticə əldə etməsi halları da qeydə alınır.
Müzakirə olunan digər məsələ isə bəzi şagirdlərin uzun illər təhsil almasına baxmayaraq, əsas oxu və yazı bacarıqlarında çətinlik yaşamasıdır.
Mütəxəssislər hesab edirlər ki, bu vəziyyət tədris prosesinin və qiymətləndirmə sisteminin daha geniş təhlil edilməsini tələb edir.
Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib. Sakinlərdən biri qiymətləndirmədə obyektivlik məsələsinə diqqət çəkərək kənar təsirlərin ola biləcəyini bildirib. Digər sakin isə müəllimlərin tədrisdən çox sənədləşmə və hesabat işləri ilə yükləndiyini, bunun da təhsil prosesinə təsir etdiyini qeyd edib.





