
Qətər Dövlətinin Şura Məclisinin sədri Həsən bin Abdulla Əl-Qanim Azərbaycana işgüzar səfərə gəlib.
Səfər çərçivəsində qonağın Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasında iştirakı nəzərdə tutulur.
Səfərin Azərbaycan ilə Qətər arasında parlamentlərarası əlaqələrin və əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunur.





