
İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti Türkmənistan Prezidenti ilə təkbətək görüş keçirib.
Qanuntv.az xəbər verir ki, görüşdə Azərbaycan və Türkmənistan arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Tərəflərin regional və beynəlxalq gündəmdə maraq doğuran məsələlər ətrafında da fikir mübadiləsi apardığı bildirilib.
Görüşün iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyi qeyd olunur.





