
İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Azərbaycana işgüzar səfərə gəlib.
QanunTV.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində İran parlamentinin sədri Bakıda keçiriləcək İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqının 20-ci sessiyasında iştirak edəcək.
Səfər zamanı Azərbaycan və İran arasında parlamentlərarası əlaqələr, əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulur.





