• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL [xfvalue_red]

11 May, 24 - 16:41

Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL


Keşiş Baqrat Qalstyanın liderlik ulduzu sönməyə başlayır. “Vətən Tavuş uğrunda” devizi altında Azərbaycanla Ermənistan sərhədinin müəyyənləşməsinə etiraz yürüşü İrəvana çatanda “hədəfindən” yayındı.

Əvvəllər özünü siyasətdən kənar, vətən, torpaq, millət "fədaisi" kimi təqdim edən Baqrat, yaxud erməni KİV-in təqdim etdiyi kimi, Vazgen mayın 10-da müsahibəsində baş nazir iddiasında olduğunu gizlətmədi. Ola bilər ki, o, bu iddianı pərdə arxasından boylanan, azərbaycanlıların və ermənilərin qatili Robert Koçaryan amilini gizlətmək üçün irəli sürüb. Çünki Tavuşdan İrəvanadək olan yürüşün arxasında keçmiş prezidentlərin – Robert Koçaryan və Serj Sarqsyanın durduğu artıq sirr deyil. Çünki aksiyaya Robertin oğlu Levon Koçaryan və Serjin kürəkəni Ermənistanın Vatikandakı keçmiş səfiri Minasyan da əyani və qiyabi şəkildə dəstək verib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) keçmiş baş katibi general Yuri Xaçaturovun oğlu Qriqori Xaçaturov da mayın 10-da İrəvanda keçirilən mitinqə qoşulub. Ancaq keçmiş məmurlar tədbirə qoşulsa da, aksiyaçıların sayı narazı keşişlərin, sabiq prezidentlərin gözlədiyi qədər olmayıb. Bunu Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəisinin keçmiş birinci müavini general-leytenant Tiran Xaçatryan da etiraf edib. Paşinyanın işdən qovduğu başqa sabiqlər kimi o da yürüşə qoşulub. Yeri gəlmişkən, Xaçatryan daha çox Ermənistanın Azərbaycan ərazisinə atdığı “İsgəndər” raketlərinin partlamaması ilə bağlı Paşinyanın dediklərinə lağ etməsi ilə yadda qalıb. Onda baş nazir bildirmişdi ki, Qarabağ müharibəsi zamanı “İskəndər” raketlərinin cəmi 10 faizi partlayıb. Tiran Xaçatryan jurnalistin bununla bağlı sualına əvvəlcə xeyli gülüb, sonra isə deyib: "Əlbəttə, mümkün deyil. Necə? "İskəndər"? Bir atəş?... 10 faiz?... Bağışlayın, amma bu, qeyri-ciddidir".

Bu açıqlamasından sonra Xaçatryan tutduğu vəzifədən azad olunmuşdu. Hətta restoranda dava saldığı üçün 2 ay müddətinə həbs də edilmişdi.

Ona görə də keçmiş birinci müavin Baqrat-Koçaryan yürüşünün qatı tərəfdarı sayılır. Xaçatryan xalqın narazılığına baxmayaraq, yenidən kifayət qədər adam toplaya bilmədiklərinə görə məyusluğunu bildirib.

Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL


Bu yürüş 2018-ci ilin mayında Paşinyanın keçirdiyi aksiyanın nəticələrini təkrarlaya bilmir. Həmin yürüşdə indiki baş nazir əlini bağlamışdı. Onun əlini yaraladığı iddia olunurdu. Baqrat isə çox gəzdiyi üçün ayağı döyənək olub. Bu səbəbdən də onun ayağını bintlə sarıdığına dair görüntülər yayılıb. Elə bu da aksiyanın əldən ayağadək fərqin olduğunun göstəricisi sayıla bilər.

Artıq aksiya iştirakçılarının sayının kəskin azaldığına dair məlumatlar yayılır. Mənbələr bildirib ki, insanlar aksiyaya qatıldıqları ilə bağlı qeydiyyatdan keçdikdən sonra ərazini tərk edir. Ona görə də nəzərdə tutulan avtomobil yollarını bağlayanların sayı az olub. Polis onları ərazidən çıxarmaqda çətinlik çəkməyib.

Nikol Paşinyan anti-konstitusiya davranışı göstəriləcəyi halda aksiyanı dağıdacaqları barədə əvvəlcədən xəbərdarlıq etmişdi. Ona görə də asayiş keşikçiləri bu tapşırığı icra edirlər. Baş nazirin Eçmiədzinə, Üçkilsəyə səfəri gözlənilir. Orada aksiya keçirmək istəyən potensial şəxslər saxlanılıb. Hətta altı nəfərdə silah və sursat aşkarlanıb. Polis onları da tutub.

Bu, onu göstərir ki, "vətən, torpaq uğrunda" başlayan “yürüş” anti-konstitusion aksiyaya çevrilir.

Bu baxımdan, Koçaryan, Sarqsyan, Vanesyan, müharibəni uduzan generallar, habelə Paşinyana qarşı olan keşişlərin hökuməti istefaya göndərmək məqsədi ilə reallaşdımaq istədikləri isfahanlı "Baqration əməliyyatı" iflasa uğrayır. Onun müəlliflərinin 1998-ci il hadisəsini təkrarlamaq cəhdi baş tutmadı. Onda torpaqları Azərbaycana qaytarıb, sülh bağlamağa hazır olan prezident Levon Ter-Petrosyan hakimiyyətdaxili koçaryanların təzyiqi ilə istefaya göndərildi. Bu dəfə hələ ki tarix təkrarlanmır. Bəlkə Ermənistan cəmiyyəti də bir dəfə düşdüyü bataqlığa bir daha düşmək istəmir. Hər halda “Baqration əməliyyatı”nın baş tutmamasının səbəblərini aşağıdakı kimi sıralamaq olar:

Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL


- aksiya beynəlxalq güclər, xüsusən ABŞ, Böyük Britaniya tərəfindən dəstəklənməyib;

- aksiyanın vahid siyasi-ideoloji tələbi irəli sürülməyib;

- aksiyanın şüar və tələbləri aydın olmayıb (onlar hesab edib ki, aksiyaya çoxlu sayda etirazçı qoşulsa, Paşinyanın istefasını tələb edərlər);

- Baqratın cəmiyyət tərəfindən tanınmaması;

- yürüş təşkilatçılarının, xüsusən Koçaryan və Sarqsyanın özünü gizlətməsi;

- müxalifət kəsimin keçmiş hakimiyyət nümayəndələri olması;

- aksiyanın Paşinyandan qisas almaq naminə keçirilməsi;

- hakim komandanın birliyi qoruya bilməsi;

- hökumətin prosesə səbirlə yanaşması;

- Almatı danışıqlarının keçirilməsi;

- erməni kilsəsinin cəmiyyətdə nüfuzdan düşməsi və s.

Azərbaycanın klassik ədəbiyyatında istifadə olunan ifadə var: “İsfahan lotusu”. Çox hiyləgər, fırıldaq və başqa şər əməlləri olanları belə adlandırırlar. Bu ifadə Şah Abbasın dövründə paytaxtın İsfahana köçürülməsi ilə eyni dövrdə yaranıb.

Keşişlərin və sabiqlərin iflasa uğrayan aksiyası - Baş tutmayan “Baqration əməliyyatı” - TƏHLİL


Baqrat Qalstyanın 1971-ci il mayın 20-də Gümrüdə anadan olduğu deyilir. Məlumata görə, həmin il bütün ailə İranın İsfahan bölgəsinin Sagibaran kəndindən Gümrüyə köçüb. Ailə 1977-ci ildə İrəvana daşınıb. Yəni o, İsfahandan Gümrüyə anasının bətnində köçüb. Davranış, vəd və çıxışları ilə o, “İsfahan lotusu”na daha çox bənzəyir.

Odur ki, “Baqrat, yaxud Baqration əməliyyatı” 26 il əvvəlki nəticəni vermədi... (Report)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA
backend
"Ermənistanın gələcəyini KTMT olmadan təsəvvür edə bilmirəm" - Bordyuja
backend
“İrəvana ünvanlanan təkliflər qüvvədə qalır” - Zas
backend
İki türkdilli dövlətin prezidenti Ermənistana gəldi
backend
KTMT-nin Baş katibi Ermənistanın Azərbaycanla sərhəd bölgəsində getdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 314

XƏBƏR LENTİ

Polkovnik Rəşad Aslanov Şuşanın azadlığı ilə bağlı unudulmaz xatirələrini bölüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:559 Kas
40 yaşlı bank əməkdaşı futbol oynayarkən vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:529 Kas
9 noyabr – Azərbaycanda Dövlət Bayrağı Günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:489 Kas
Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:299 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xocalı Soyqırımı Memorialını ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:269 Kas
Azərbaycan və Türkiyə prezidentləri Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:209 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Vətən Müharibəsi qəhrəmanları ilə görüşüblər – Xatirə fotosu çəkdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:079 Kas
Müdafiə naziri Zakir Həsənov koronavirusa yoluxub – Prezident İlham Əliyev məlumat verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:019 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Xankəndidə Zəfər abidəsini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:529 Kas
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə birgə foto çəkdiriblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:499 Kas
Günün fotosu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:368 Kas
Azərbaycan və Türkiyə liderlərindən Şuşada ailə fotosu – Qardaşlıq və dostluğun səmimi görüntüləri [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:348 Kas
Rəcəb Tayyib Ərdoğandan Azərbaycana Zəfər Günü təbriki: “Qəhrəmanlarımızı dərin ehtiramla anıram” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:308 Kas
Şuşada Azərbaycan-Türkiyə qardaşlığının növbəti tarixi səhifəsi: İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşdülər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:248 Kas
Mehriban Əliyeva Zəfər Günü münasibətilə paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:178 Kas
Putin İran rəsmisini Moskvaya gətirmək üçün şəxsi təyyarəsini Tehrana göndərib – İDDİA [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:108 Kas
Milli Məclisin deputatı Sevinc Hüseynovanın ailəsində ağır itki baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:088 Kas
İspaniyanın Sevilya şəhərində Zəfər Günü Azərbaycan bayrağının rəngləri ilə qeyd olundu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:038 Kas
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:278 Kas
Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:238 Kas
44GUNSAVASH.az Saytının Kollektivi Adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:057 Kas
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:027 Kas
Qarabağ Universitetinin Klinikasında Təcili tibbi yardım şöbəsi istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:227 Kas
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:067 Kas
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki işçi qruplar yaradıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
10:027 Kas
Qırğızıstan Prezidenti Sadır Japarov İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:547 Kas
Azərbaycanda 20 Yanvar faciəsinin şahidi olmuş həkim Yusif Musayev vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:527 Kas
“Qarabağ” Marko Yankoviç və Mateus Silva ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:477 Kas
Zəngilanda müasir Təhsil Kompleksi və 160 yerlik uşaq bağçası istifadəyə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:447 Kas
Prezident İlham Əliyev: “Bütün Azərbaycan xalqı bu fikirlə yaşayır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:407 Kas
Ağstafada bir ailənin üç üzvü qidadan zəhərlənib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:357 Kas
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli kəndinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
09:317 Kas
Şəmkir rayon su təsərrüfatının inkişafına xidmət edən məsuliyyətli idarəçilik – Müşviq Mehdixanovun fəaliyyəti [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:146 Kas
Zəfər və Dövlət Bayrağı günləri ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər keçiriləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:076 Kas
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:036 Kas
Sürücülük vəsiqələrinin dəyişdirilməsi ilə bağlı yeni güzəştlər təklif olunur – Kimlər dövlət rüsumundan azad ediləcək? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:466 Kas
Meksika mətbuatında Prezident İlham Əliyevin siyasi liderliyi və hərbi strategiyası təhlil olunub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:416 Kas
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı narkotik vasitə ilə saxlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:376 Kas
Bakıda qarajdan çıxan avtomobil piyadanı vuraraq öldürüb – Sürücünün polkovnik olduğu bildirilir [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:366 Kas
Azərbaycanın bəzi ərazilərində qar örtüyünün hündürlüyü 15 santimetrə çatıb – Faktiki hava [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:346 Kas
Abşeronda evdə partlayış baş verib, iki nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:316 Kas
Nigeriyada gözəllik kraliçası müəmmalı şəkildə vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:296 Kas
Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə iki qardaş qətlə yetirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:216 Kas
Zəngilan və Qubadlı rayonlarında yeni aqropark yaradılır – 500 min manat ayrıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:505 Kas
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə