• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Rusiyada Putinin Azərbaycana səfərini geniş müzakirə olunur [xfvalue_red]

20 Ağu, 24 - 14:29

Rusiyada Putinin Azərbaycana səfərini geniş müzakirə olunur

Rusiya siyasətçiləri və ekspertləri RF Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərini geniş müzakirə edirlər. Onlar yerli mətbuatda dərc olunan şərhlərində vurğulayırlar ki, bu səfər iki ölkənin dialoqunda yeni səhifə açır.

RF Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin rəhbəri Leonid Kalaşnikovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığı gücləndirir: “Bu, strateji müttəfiqliyimizin simvolu olan rəsmi səfərdir”.

Deputat əlavə edib ki, iqtisadi əməkdaşlıq və Azərbaycanın ərazisindən keçən “Şimal-Cənub” dəhlizi daxil olmaqla nəqliyyat-logistika infrastrukturu səfər çərçivəsində müzakirə olunan əsas məsələlər arasında olub. “Uzun müddətdir ki, Azərbaycanla əməkdaşlıq edirik və Prezident İlham Əliyev bizi dəstəkləyib. O, dəmir yolu xəttinin tikintisi təşəbbüsünü irəli sürüb və bu layihə nəqliyyat dəhlizi kontekstində bizim üçün daha mühümdür”, -deyə o vurğulayıb.

Kalaşnikov qeyd edib ki, səfər zamanı çoxlu sayda siyasi-iqtisadi sazişlər imzalanıb. Deputat ümidvar olduğunu bildirib ki, Putinin səfəri mühüm nəticələr əldə olunmasına təkan verəcək.

RF Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski qeyd edib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin yekunları Moskva ilə Bakı arasında müttəfiqliyin strateji xarakterini təsdiq edib. Onun sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqazda vəziyyətin nizamlanmasında effektiv vasitəçilik rolunu bir daha nümayiş etdirib.

L.Slutski deyib: “Azərbaycan, öz növbəsində, humanitar və iqtisadi qarşılıqlı fəaliyyət sahələrində özünü etibarlı tərəfdaş kimi göstərir. Əminəm ki, Bakının BRICS-ə qoşulmaq istəyi də uğurla nəticələnəcək. Belə bir təşəbbüsün Rusiyanın sədrliyi dövründə irəli sürülməsi də simvolikdir”.

Politoloq Sergey Markov səfərin yekunları ilə bağlı öz fikrini bildirib: “Putinin səfəri Cənubi Qafqazda yeni geosiyasi dəyişikliyi möhkəmləndirəcək”. Onun sözlərinə görə, Ermənistanın Qərbə üz tutması fonunda Azərbaycanla münasibətlərin inkişafı Rusiya üçün sərfəlidir.

“Bu, ilk növbədə, ticarətin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllində Rusiyanın vasitəçiliyidir. Bakı Moskva ilə Kiyev arasında sülh sazişinin imzalanması ilə bağlı danışıqlar məkanına çevrilə bilər, çünki Azərbaycanın həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə yaxşı münasibətləri var”, -deyə Markov qeyd edib.

Politoloq xatırladıb ki, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasında iştirakı son dərəcə vacibdir və Moskvaya öz iqtisadiyyatını İran və digər dövlətlərlə birləşdirməyə imkan verəcək.

S.Markov şərhinin sonunda deyib: “Rusiya və İran Amerikanın nəzarətindən kənarda bir-biri ilə ticarət etmək istəyirlər. “Şimal-Cənub” dəhlizi Fars körfəzinə bağlıdır və eyni zamanda, dünyanın ən sürətlə inkişaf edən iqtisadi regionlarından biri olan Hindistanın cənubuna doğru uzanır”.

RF Dövlət Dumasının Energetika komitəsinin üzvü Cəmaləddin Həsənov qeyd edib ki, Azərbaycan Rusiyanın qaz hasilatında əsas tərəfdaşlarından biridir və rəsmi Bakı uzun illərdir ki, Cənub Qaz Nəqliyyat Dəhlizini kifayət qədər uğurla inkişaf etdirir.

O qeyd edib: “Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ikitərəfli görüş zamanı neft-qaz sənayesində bir sıra yeni layihələri müzakirə ediblər. Azərbaycan bu sahədə Rusiyanın regionda əsas tərəfdaşlarından biridir”.

Deputat onu da qeyd edib ki, Rusiya şirkətləri Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk karbohidrogen layihələrində iştirak ediblər. Onun sözlərinə görə, bu gün onlar neft və qaz hasilatı sahəsində böyük təşəbbüslərin səhmdarlarıdır.

C.Həsənov vurğulayıb: “Karbohidrogen ehtiyatlarını dünya bazarlarına tədarük edən Azərbaycan və Rusiya vaxtaşırı neft və qazın mövsümi mübadiləsi üzrə əməkdaşlıq edirlər. Burada onların çoxlu ümumi marağı var və bu kontekstdə iki ölkənin əlaqələri inkişaf edəcək. Ümidvaram ki, əməkdaşlıq uğurlu olacaq”.

Politoloq Artur Atayevin fikrincə, Moskva ilə əməkdaşlığın dərinləşdirilməsi fonunda Bakı çox güman ki, Avrasiya iqtisadi layihələrində, xüsusən də ŞƏT və BRICS təşkilatları çərçivəsində iştirakını artıracaq. “Azərbaycanın bu təşkilatlara tamhüquqlu üzvlüyü onun iqtisadi maraqlarının təşviqi və qlobal infrastruktur layihələrində iştirakı baxımından ölkənin milli maraqlarına cavab verir. Ona görə də Qlobal Cənub istiqamətində bu hərəkət Azərbaycan rəhbərliyinin təbii addımıdır”, -deyə ekspert hesab edir.(AZƏRTAC)

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
“Əminəm ki, Putinin səfəri ikitərəfli münasibətlər üçün faydalı olacaq”
backend
Prezidentlərin geniş tərkibdə görüşü keçirildi
backend
Peskovdan Putinin Türkiyə səfəri barədə yeni AÇIQLAMA
backend
Ərdoğandan Putinin Türkiyə səfəri ilə bağlı daha bir AÇIQLAMA
backend
İlham Əliyev Rusiya Prezidentinin köməkçisini qəbul edib
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:273 084

XƏBƏR LENTİ

Livan parlamenti ölüm hökmünü ləğv edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5911 Ağu
Muğanlı-İsmayıllı yolunda yük maşını aşıb – xəsarət alan yoxdur [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:5611 Ağu
DİN-dən onlayn alış-verişlə bağlı xəbərdarlıq: Kart məlumatlarınızı paylaşmayın [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3111 Ağu
Zaqatalada icra başçısının sürücüsü qəza nəticəsində ölüb – cinayət işi başlanılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2211 Ağu
“Sabah” bu gün Çempionlar Liqasında taleyüklü oyuna çıxacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:0711 Ağu
Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4411 Ağu
Azərbaycan Tibb Universitetində təhsil haqları azaldılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3611 Ağu
DTX-dan xəbərdarlıq: Azərbaycan nömrələri ilə saxta “WhatsApp” hesabları yaradılır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1311 Ağu
İranda qalmaqallı açıqlamalar: Rəisinin ölümü ilə bağlı diqqətçəkən iddia [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4611 Ağu
Lerik və Lənkəran ərazisində zəlzələ qeydə alındı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3111 Ağu
Əməkdar incəsənət xadimi Çingiz Əlioğlu Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4610 Ağu
Balakəndə dəhşətli qəza: 3 nəfər öldü, 2 nəfər ağır yaralandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4410 Ağu
İlham Əliyevə zəng gəldi – Azərbaycan-Litva əlaqələri müzakirə edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4010 Ağu
İlham Əliyev Məsud Pezeşkiana təşəkkür etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:3610 Ağu
Samuxda Kürdə batan 17 yaşlı qızın meyiti tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2610 Ağu
Şamaxı-İsmayıllı yolunda ağır qəza: VAZ-2115 yük maşınına çırpıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2410 Ağu
Müdafiə Nazirliyi həftəlik icmal hazırladı – VİDEO [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:1810 Ağu
Rezidenturaya qəbul imtahanının II mərhələsi keçirilib – 827 namizəd müsabiqəyə buraxılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:0910 Ağu
15 yaşlı azərbaycanlı yeniyetmə Tbilisidə göldə boğularaq öldü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:5510 Ağu
Bakının Xətai rayonunda güclü yanğın baş verib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4010 Ağu
Əfil Dadaşov – yerli özünüidarəetmədə məsuliyyət, təşəbbüskarlıq və ictimai xidmət nümunəsi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:269 Ağu
Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:069 Ağu
İlham Əliyev Sinqapur Prezidentini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:549 Ağu
Beyləqanda kanalda batan 21 yaşlı gəncin meyiti tapılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:439 Ağu
Qırğızıstanda üç alpinist itkin düşüb – Onlardan ikisi Belarus vətəndaşıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:369 Ağu
Goranboyda 18 yaşlı qızın meyiti evdə tapıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:329 Ağu
Çində güclü tayfun təhlükəsi: 420 mindən çox insan təxliyə edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:269 Ağu
ABŞ-nin Azərbaycan siyasətində dönüş nöqtəsi: 907-ci düzəliş tam ləğv ediləcəkmi? [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:149 Ağu
Avropanın 18 ilə etdiyini Azərbaycan iki ilə bacardı – Deputat [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:349 Ağu
Yaddaşlardan silinməyən “Nəsimi” – Xalq artisti Rasim Balayevin doğum günüdür [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:239 Ağu
Qeyri-adi üsulla Avropaya keçmək istədi, həyatını itirdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:218 Ağu
Nikol Paşinyan İlham Əliyevə zəng edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:148 Ağu
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:088 Ağu
“Əhmədli” metrosunun qarşısında küçə ticarətinə müdaxilə edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:568 Ağu
İsmayıllıda ağır yol qəzası: 5 nəfər xəsarət alıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:438 Ağu
ABŞ-İran arasında atəşkəs bu gün və ya sabah elan oluna bilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:368 Ağu
Xarici ölkələrin informasiya sistemlərinə kiberhücumlarda şübhəli bilinən iki nəfər saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:228 Ağu
Mauro İkardi “Qalatasaray”ın vida mərasimindən imtina etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:178 Ağu
Tovuzda qadını qardaşı oğlu öldürüb — hadisənin təfərrüatları məlum olub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:558 Ağu
İrfan Davudov Pakistan, Xəzər Fərhadov isə Malayziya səfiri təyin edildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:388 Ağu
Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Mirdaməd Əzizovun müəllifi olduğu “Siyasi İradə Bütövləşən Azərbaycan” adlı kitab işıq üzü gördü [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:207 Ağu
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə PUA hücumu - Xəsarət alanlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:387 Ağu
Cəlilabadda BMW 50 metrlik hündürlükdən aşdı: Yaralıların vəziyyəti açıqlandı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:287 Ağu
Tailand məktəbində qanlı silahlı hücum: Ölənlərin sayı 7-yə çatdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:177 Ağu
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə