
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva mayın 3-də Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunu izləyib.
Qanuntv.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışda Birinci vitse-prezident ailə üzvləri ilə birlikdə iştirak edib.
Tədbirdə həmçinin Olimpiya və ikiqat dünya çempionu Alina Kabaeva da yer alıb.
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa Kuboku qitənin ən nüfuzlu turnirlərindən biri hesab olunur və yarışda müxtəlif ölkələrdən gimnastlar mübarizə aparırlar.












