
Bakıda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Məlumata görə, hadisə mayın 30-da paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.
2015-ci il təvəllüdlü qız yaşadığı mənzilin 7-ci mərtəbəsində yerləşən balkonunda olarkən ehtiyatsızlıq nəticəsində yıxılıb. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
QanunTV.az





