
Gürcüstanın Bolnisi bələdiyyəsinin Dəmirli kəndində baş verən faciəli hadisə böyük üzüntü doğurub.
QanunTV.az xəbər verir ki, 42 yaşlı qadın 7 yaşlı oğlu Fərrux Əhmədovu qətlə yetirməkdə ittiham olunur.
Məlumata görə, qadının psixoloji problemlərinin olduğu iddia edilir. Bildirilir ki, o, özünə qəsd etməyə cəhd göstərərkən azyaşlı Fərrux anasını dayandırmağa çalışıb və kömək çağırmaq istəyib. Bu zaman qadın uşağa qayçı ilə ağır xəsarət yetirib. Uşaq aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisə zamanı evdə ailənin digər azyaşlı övladlarının da olduğu bildirilir. Məlumata görə, ailə baş verənləri gizlətməyə çalışsa da, hadisə qısa müddətdə ictimaiyyətə məlum olub. Qadın hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisə ilə bağlı danışan kənd sakinləri ailədə əvvəllər hər hansı ciddi münaqişənin müşahidə olunmadığını bildiriblər. Onların sözlərinə görə, hadisə kənd sakinlərini dərin sarsıntıya salıb.
Faktla bağlı araşdırma aparılır.





