
Cəlilabad rayonunda qətl hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin Məhəmməd Hadi küçəsində qeydə alınıb.
İlkin məlumata görə, Anar adlı şəxs dayısının həyat yoldaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçıb. Hazırda onun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı araşdırma aparılır.





