
Qara dənizdə, Sevastopol yaxınlığında Türkiyəyə məxsus balıqçı gəmisinə hücum edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Məlumata görə, "Duru 67" adlı balıqçı gəmisi hücum nəticəsində batıb.
Hadisə zamanı gəmidə olan şəxslər təxliyə edilib. Yaralanan beş balıqçıdan birinin həyatını itirdiyi bildirilib.
Hadisənin başvermə səbəbləri və hücumun təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.





