
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb.
Qanuntv.az xəbər verir ki, DSX Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində İrandan Azərbaycan istiqamətinə keçməyə cəhd göstərən şəxslər müəyyən olunub.
Saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları - 1999-cu il təvəllüdlü Amini Del Aqa və 2003-cü il təvəllüdlü Rahimi Nazirgül olduğu bildirilib.
Hadisə ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.





