
Ağdaş rayonunda bədbəxt hadisə baş verib.
Qanuntv.az APA-ya istinadən xəbər verir ki, rayonun Dəhnəxəlil kənd sakini, 1963-cü il təvəllüdlü Gündüz Şirəli oğlu Mustafayev kənd ərazisində yerləşən su kanalında ölü vəziyyətdə aşkar edilib.
İlkin ehtimallara görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.
Meyit müvafiq aidiyyəti qurumlara təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.





