
Bakının Binəqədi rayonunda faciəli hadisə baş verib.
Hadisə rayonun 9-cu mikrorayon ərazisində yerləşən mənzillərdən birində qeydə alınıb. Belə ki, 13 yaşlı Kamran Abıyev və atası Əbülfəz Abıyevin meyitləri yaşadıqları evdə aşkar edilib.
İlkin ehtimallara görə, ata və oğul mənzildə baş verən qaz sızması nəticəsində həyatlarını itiriblər.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan istintaq tədbirlərindən sonra məlum olacaq.
Məlumata görə, Kamran Abıyev Nəsimi rayonu ərazisində yerləşən 247 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olub.





