
Bakı-Sumqayıt magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış "Mercedes" markalı avtomobilə çırpılıb.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Zəhra Mehdizadə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Zəhra Mehdizadə tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızıdır.
Mərhumun atası hadisə ilə bağlı açıqlamasında bildirib ki, yolun sol hissəsində nasaz avtomobilin saxlanılması ciddi təhlükə yaradıb:
"Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı?! Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdi, bu da mənim qızımın başına gəldi", - deyə Fərhad Mehdiyev qeyd edib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





