
Niderlandlı futbolçu Mats Qrotenbreq 28 yaşında bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Qanuntv.az xəbər verir ki, ESPN-in məlumatına görə, hadisə Niderlandın Limburq əyalətində yerləşən “Mukerplas” istirahət zonasında baş verib.
Bildirilib ki, futbolçu çimərkən qayıqla toqquşma nəticəsində ağır xəsarət alıb və həyatını itirib.
Mats Qrotenbreq 2023-cü ildə həvəskar “Herkules” klubunun heyətində çıxış edərkən Niderland Kubokunda “Ayaks”a qarşı keçirilən matçda əlavə vaxtda vurduğu həlledici qolla məşhurlaşmışdı. Həmin qarşılaşmada “Herkules” 3:2 hesabı ilə qalib gələrək “Ayaks”ı turnirdən kənarlaşdırmışdı.
Qeyd edək ki, Qrotenbreq karyerası ərzində PSV və “Vitess” klublarının gənclər akademiyalarında yetişib, daha sonra “TOP Oss” komandasında çıxış edib.





