
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
QanunTV.az xəbər verir ki, hadisə Əliəşrəf Əlizadə küçəsində, Elm və Təhsil Nazirliyinin binasının qarşısında qeydə alınıb.
Məlumata görə, Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Şəhriyar Zakir oğlu Ramazanov küçədə tanımadığı şəxsin hücumuna məruz qalıb.
Hadisə zamanı Ş.Ramazanov hər iki ayağından bıçaq xəsarətləri alıb və dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.





