
Rusiya ordusunun Ukraynanın Xarkov şəhərinə endirdiyi zərbələr nəticəsində həyatını itirən Azərbaycan vətəndaşı Fatimə Hüseynovanın nəşi bu gecə Azərbaycana gətiriləcək.
Qanuntv.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Fatimə Hüseynova Ukraynanın Xarkov şəhərində yerləşən Tibb Universitetinin 6-cı kurs tələbəsi olub.
Bildirilib ki, gənc tələbə ali təhsilini başa vuraraq diplomunu almaq məqsədilə Xarkova gedib. Lakin şəhərə endirilən raket zərbələri nəticəsində o, faciəvi şəkildə həyatını itirib.
Fatimə Hüseynovanın vaxtsız ölümü ailəsi, yaxınları və onu tanıyanlar tərəfindən dərin hüznlə qarşılanıb.
Allah rəhmət eləsin.





