Məhkəmə türkiyəli müğənni Gülşənlə bağlı qərar verib.
Qanuntv.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, o, ev dustaqlığına buraxılıb.
Bildirək ki, daha əvvəl Gülşənin konsertlərindən birində dediyi “İmam Hatipdə oxuyub, əxlaqsızlığı oradan gəlir” sözləri dindarları qəzəbləndirib. Müğənni bu sözlərindən sonra saxlanılıb, daha sonra həbs edilib. Gülşən özünü günahkar hesab etməyib və həbs olunmadan mühakimə olunmaq istədiyini bildirib.