
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvandakı Respublika meydanında Türkiyə bayrağının yandırılması hadisəsinə münasibət bildirib.
Ermənistan KİV-ə istinadən xəbər verilir ki, bu barədə baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan açıqlama verib.
Bildirilib ki, Nikol Paşinyan baş verən hadisəni “təxribatçı və gərginlik yaradan addım” kimi qiymətləndirib. O, bu cür hərəkətləri məsuliyyətsiz və qəbuledilməz adlandıraraq qınayıb.
“Beynəlxalq səviyyədə tanınmış bir dövlətin, xüsusən də qonşu ölkənin bayrağının yandırılması heç bir halda müsbət qiymətləndirilə bilməz”, – deyə Nazeli Baqdasaryan vurğulayıb.





