
Bakıda fəaliyyət göstərən Yeni Klinika tibb müəssisəsində növbəti kadr dəyişikliyi baş verib.
Belə ki, klinikanın direktor müavini, eyni zamanda Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin rəhbəri vəzifəsini icra edən Gülnar Nuriyeva tutduğu vəzifədən azad olunub. O, bu barədə şəxsi sosial şəbəkə hesabında məlumat paylaşıb.
Qeyd edək ki, Gülnar Nuriyeva bu vəzifəyə 2023-cü ildə təyin edilmişdi.
Xatırladaq ki, bundan əvvəl Barat Yusubov da “Yeni Klinika”nın direktoru vəzifəsindən azad olunub. O, məsələ ilə bağlı mediaya açıqlamasında məlumatı təsdiqləyib.
Qurumda ard-arda baş verən bu dəyişikliklərin səbəbləri hələlik rəsmi şəkildə açıqlanmayıb.





