
Bakıda keçirilən əməliyyat-axtarış tədbirləri zamanı polisə müqavimət göstərən şəxslər saxlanılıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Məlumata əsasən, ümumi təhlükəli üsulla xuliqanlıq niyyəti ilə şəxsin sağlamlığına ağır zərər vurmaqda təqsirli bilinərək axtarışda olan, əvvəllər dəfələrlə məhkum edilmiş Saleh Valehovin saxlanılması zamanı onunla birlikdə olan, əvvəllər dəfələrlə məhkum olunmuş İlqar Aslanov polis əməkdaşlarına balta ilə müqavimət göstərib.
Polis tərəfindən tabel silahı tətbiq edilərək İlqar Aslanov saxlanılıb. O, xəstəxanaya yerləşdirilib, Saleh Valehov isə istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.





