
Aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilib.
Qanuntv.az xəbər verir ki, bu barədə AZƏRTAC məlumat yayıb.
Bildirilib ki, görüş zamanı iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar.
Görüş Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.





