
Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidentinin ölkəmizə səfəri ilə bağlı paylaşım edib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı bu barədə “X” sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
Paylaşımda qeyd olunub ki, Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycana rəsmi səfərə gəlib və bu səfər iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcək.
“Cənab Prezident, Azərbaycana xoş gəlmisiniz. Doqquz il əvvəl imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamə Azərbaycan-Latviya münasibətlərini yüksək səviyyəyə qaldırıb.
Əminəm ki, Sizin Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz dostluq əlaqələrimizi daha da möhkəmləndirəcək və qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacaq”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, bu səfər Azərbaycan ilə Latviya arasında siyasi və iqtisadi əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.





