
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Kiberməkan idarəetmə naziri Çjuan Junvenlə görüş keçirib.
Qanuntv.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, görüş Çinlə Azərbaycan arasında hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində baş tutub.
Tərəflər rəqəmsal inkişaf, sosial media, dezinformasiya və dipfeyklərlə mübarizə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Hikmət Hacıyev qeyd edib ki, bu sahələrdə əməkdaşlığın genişləndirilməsi qarşılıqlı münasibətlərin daha da inkişafına töhfə verəcək.





