• Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video

© 2022 Qanuntv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

QanunTv.az

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Hadisə
  • Araşdırma
  • Bölgə
  • Dünya
  • İdman
  • Şou-biznes
  • Video
backend

Bunu heç vaxt unutmayacağıq - Vuçiçdən İlham Əliyevə məktub [xfvalue_red]

25 May, 23 - 19:22

Bunu heç vaxt unutmayacağıq - Vuçiçdən İlham Əliyevə məktub


Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Məktubda deyilir:

"Möhtərəm cənab Prezident!

Azərbaycanın Müstəqillik Günü münasibətilə Serbiya xalqı adından və şəxsən öz adımdan Sizi səmimi-qəlbdən təbrik edir, ölkənizə tərəqqi, xalqınıza yüksək rifah diləyirəm.

Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünü qeyd etdiyimiz ötən il əməkdaşlığın əldə olunmuş səviyyəsi ilə fəxr edirəm. Sizin 2022-ci il noyabrın 23-də Serbiyaya səfəriniz və Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandumu imzalamağımız xoş xatirələrlə yaddaşımda qalıb. Həmin il dekabrın 20-21-də Bakıya səfərim və qarşılıqlı əhəmiyyət kəsb edən bütün sahələrdə əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı aparılan uğurlu müzakirələr Serbiya-Azərbaycan münasibətlərinin davamlı inkişafının sübutudur.

Əminəm ki, strateji səviyyədə olan siyasi dialoqu, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlığımızı birgə səylərimizlə inkişaf etdirməkdə davam edəcəyik. Bunu çoxsaylı iqtisadi layihələr, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu yaxınlarda Belqradda keçirilmiş 7-ci iclası da bir daha sübut etdi.

Cari il sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir.

Hörmətli cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və ölkənizin bütün vətəndaşlarını Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin bu il qeyd etdiyiniz 100 illik yubileyi münasibətilə təbrik edirəm. Biz Heydər Əliyevi siyasi müdrikliyi və strateji yanaşması ilə müasir müstəqil və uğurlu Azərbaycanın əsasını qoyan görkəmli və uzaqgörən dövlət xadimi kimi xatırlayırıq. 2022-ci ilin dekabrında yenidən ziyarət etdiyim möhtəşəm Heydər Əliyev Mərkəzi məni çox təsirləndirdi. İcazə verin, bir daha xatırladım ki, Heydər Əliyevin abidəsi Belqradın ən gözəl parklarından biri olan Taşmaydan parkında da ucaldılıb.

Fürsətdən istifadə edərək, Serbiyanın suverenliyinə və ərazi bütövlüyünə ölkənizin verdiyi prinsipial dəstəyə və bu yaxınlarda Kosovonun Avropa Şurasına qəbulu üçün prosedurların başlanılması haqqında qərarın əleyhinə verdiyiniz səslə beynəlxalq hüquqa bir daha göstərmiş olduğunuz bağlılığınıza görə dərin təşəkkürümü bildirmək istərdim. Serbiya bunu qarşılıqlı anlaşmaya və hörmətə əsaslanan səmimi, daimi dostluğun təcəssümü kimi dəyərləndirdiyi üçün bu addımı heç vaxt unutmayacaq. Əmin olun ki, Serbiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə davam edəcək.

Möhtərəm cənab Prezident, Sizə bir daha dərin ehtiramımı ifadə edirəm".

ƏLAQƏDAR XƏBƏRLƏR

backend
Putin İlham Əliyevə məktub göndərdi
backend
Azərbaycan və Qırğızıstan prezidentləri arasında məktub mübadiləsi olub
backend
İlham Əliyev Koreya Prezidentini təbrik edib
backend
İlham Əliyev Zelenskiyə məktub göndərdi
backend
İlham Əliyev misirli həmkarını təbrik etdi
[prev-url][/prev-url]

ÇOX OXUNAN

backend
Sünnət əməliyyatının pulunu dövlət ödəyəcək
12 Eyl, 24 - 11:272 936

XƏBƏR LENTİ

Leyla Əliyeva və Arzu Əliyeva Lənkərandakı uşaq evini ziyarət etdilər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
22:0026 May
İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etdi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:5326 May
İlham Əliyev elm və mədəniyyət sahəsində Dövlət Mükafatlarının sahiblərini açıqladı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:4626 May
Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:3626 May
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2726 May
Milli Məclis gender bərabərliyi üzrə 2025 hesabatını qəbul edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
16:2426 May
Bakıda 8 yaşlı uşaq binadan yıxılaraq həyatını itirib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:5226 May
İlham Əliyev Gürcüstan prezidentini təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:4426 May
Netanyahu Qüdsdə xəstəxanaya yerləşdirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:3226 May
Ağsuda dəhşətli qəza: Ölən və yaralananlar var [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:1726 May
İlham Əliyev: “Məqsəd taxıl və pambıq üzrə məhsuldarlığı 5 tona çatdırmaqdır” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:4726 May
Putin yeni qanunu imzaladı: Rusiya vətəndaşlarının müdafiəsi üçün ordu göndərilə biləcək [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:3626 May
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:1425 May
İlham Əliyev: Azərbaycanda daha 100 min tonluq soyuducu anbar yaradılmalıdır [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:0325 May
Ararat Mirzoyan: “Rubionun səfərinin seçkilərlə əlaqəsi yoxdur” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
18:2925 May
Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:0525 May
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə dair müşavirə keçirilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:5825 May
Türkmənistan rəhbərliyindən Prezident İlham Əliyevə təbrik məktubları [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4925 May
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralını təbrik edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4725 May
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konsertdə iştirak ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0425 May
İmişlidə yaşayan Talıbovlar ailəsi: “İmkanlarımız az olsa da, sevgimiz boldur” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
12:4525 May
Leyla Əliyeva Masallı rayonuna səfər edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
07:2825 May
Azərbaycanın gənc güləşçisi Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:1224 May
Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
21:0624 May
Sabah bəzi rayonlarda qaz olmayacaq [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:5824 May
Bakıda 22 yaşlı gənc oğlan vəfat edib. [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
20:4524 May
Leyla Əliyeva və Alena Əliyeva “Tut Əlimdən” Mərkəzini ziyarət ediblər [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
15:2924 May
ABŞ və İran arasında atəşkəs və anlaşma ilə bağlı yeni saziş iddiaları [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:5224 May
Vətən müharibəsi qazisi Şamo İbadov vəfat edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:4524 May
Cəlilabadda zəlzələ qeydə alınıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
14:2424 May
Suraxanıda avtomobil yanıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0824 May
Azərbaycan karateçisi Avropa çempionu oldu [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0524 May
Prezident İlham Əliyev WUF13-ün uğurla başa çatması ilə bağlı paylaşım edib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:4623 May
“Qarabağ” üç futbolçusu ilə yollarını ayırıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3923 May
FHN qurumları arasında minifutbol çempionatına yekun vurulub [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:3123 May
18 ölkənin hərbi attaşeləri Dövlət Sərhəd Xidmətində olublar [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2423 May
Trampdan Qrenlandiya ilə bağlı yeni paylaşım – “Salam, Qrenlandiya!” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:2123 May
Samir Qənili Dövlət Statistika Komitəsində müşavir təyin edilib [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
17:0723 May
Prezident: “Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda 9 şəhəri sıfırdan bərpa edir” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:4023 May
Güləşçimiz Ülviyyə Musayeva Azərbaycan idmanında tarix yazdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:3023 May
Hikmət Hacıyev WUF13-ün yekunlarını “Euronews” materialı ilə paylaşdı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
13:0923 May
Beynəlxalq axtarışda olan Sənan Əsədzadə Qahirədə saxlanıldı [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
11:0623 May
Leyla Əliyeva yeni şeirini “Instagram” hesabında paylaşıb [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:1822 May
Emin Hüseynov: “Füzuli tamamilə yer üzündən silinmişdi” [xfgiven_red][xfvalue_red][/xfgiven_red]
19:0422 May
Bütün xəbərlər

© 2022 QanunTv.az - Bütün hüquqlar qorunur.

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

  • Ana Səhifə
  • Haqqımızda
  • Əlaqə