"Azərbaycan Qırğızıstanda investisiya layihələrində maraqlıdır".
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilən Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclasında bildirib.
"Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah biz həm Sizinlə, həm nümayəndə heyətlərinin üzvləri ilə planlarımızı ətraflı müzakirə edəcək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirəcəyik", - dövlət başçısı qeyd edib.
İlham Əliyev vurğulayıb ki, əmtəə dövriyyəsinin göstəriciləri qaneedici deyil: “Lakin, fikrimcə, bizim nəzərdə tutduğumuz planlar qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edərik”.