
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, təyyarə kapitanı İqor İvanoviç Kşnyakinin anadan olmasının 64-cü ildönümü tamam olur.
Qanuntv.az xəbər verir ki, İqor Kşnyakin 1962-ci il mayın 19-da Bakı şəhərində anadan olub.
O, 2024-cü ilin dekabr ayında qəzaya uğrayan “Embraer 190” təyyarəsində həlak olub. Hadisə 25 dekabr 2024-cü ildə baş verib. Azərbaycan Hava Yollarına məxsus “Embraer 190” təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə qüvvələrinə məxsus “Pantsir-S1” zenit-raket kompleksi ilə vurulduğu bildirilib.
Məlumata görə, kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov idarəetmə sistemlərində yaranan nasazlığa baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanı istiqamətinə yönləndiriblər.
Qəza Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarədə ümumilikdə 67 nəfər olub — 62 sərnişin və 5 ekipaj üzvü. Hadisə nəticəsində 29 nəfər sağ qalıb.
Qəza zamanı İqor Kşnyakin, ikinci pilot və bir ekipaj üzvü ilə yanaşı, 35 sərnişin həyatını itirib. O, 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə İqor İvanoviç Kşnyakin ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
İqor Kşnyakin ailəli idi. Onun bir oğlu və üç qızı var.





