
Kamboca baş nazirinin müavini Say Samal Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən Liderlər Sammitində çıxış edib.
O, forumun təşkilinə və dəvətə görə Azərbaycan hökuməti ilə BMT-nin Məskunlaşma Proqramına – UN-Habitat təşəkkürünü bildirib.
Say Samal qeyd edib ki, Kambocanın istixana qazlarının emissiyalarında payı az olsa da, ölkə iqlim dəyişikliklərinə qarşı mübarizəni davam etdirir.
“Kamboca Asiyada 2050-ci il üçün karbon neytrallığı strategiyasını təsdiqləyən ilk ölkə olub. Bərpa olunan enerjinin inkişafına xüsusi önəm veririk və gələcəyə ümidlə baxırıq”, – deyə o vurğulayıb.





