
ABŞ-ın yaxın 24 saat ərzində İrana hərbi zərbə endirməsi ehtimalı yüksəkdir.
Qanuntv.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, Vaşinqton ehtiyat tədbiri olaraq Yaxın Şərqdə yerləşən əsas hərbi bazalardan şəxsi heyətin qismən təxliyəsinə başlayıb.
İki Avropa rəsmisinin bildirdiyinə görə, ABŞ-ın hərbi müdaxilə ehtimalı kifayət qədər yüksək qiymətləndirilir və mümkün zərbələr növbəti 24 saat ərzində həyata keçirilə bilər.
İsrail rəsmisi isə qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp mümkün müdaxilə ilə bağlı prinsipial qərar verib. Bununla belə, əməliyyatın dəqiq vaxtı və miqyası hələlik açıqlanmayıb.
Qeyd edək ki, bölgədə gərginliyin artması beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla izlənilir.





