
Nazirlər Kabineti xüsusi icra məmurlarının vahid geyim forması və nişanları ilə bağlı qərar qəbul edib.
Qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb. Sənədə əsasən, “Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri” təsdiq olunub.
Qərar, 2025-ci il 14 iyul tarixli qanunun və Prezident fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.





