
2025-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələlərin Milli Məclisin iclaslarının birində müzakirəyə çıxarılması planlaşdırılır.
Qanuntv.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında parlamentin sədri Sahibə Qafarova bildirib. O qeyd edib ki, büdcənin icrası ilə bağlı məsələlər parlament müzakirələrinin gündəliyinə daxil ediləcək.
Spiker çıxışında parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələrin inkişafı istiqamətində görülən işlərə də toxunub. Onun sözlərinə görə, bu sahədə atılan addımlar mühüm əhəmiyyət daşıyır və qanunvericilik orqanının fəaliyyətinin gücləndirilməsinə xidmət edir.
Sahibə Qafarova əlavə edib ki, parlamentin səlahiyyətləri ilə bağlı məsələlər də Milli Məclisin yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq.





