
Kürdəmirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.
Hadisə nəticəsində bir neçə nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yol polisi və təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb olunub, xəsarət alanlar xəstəxanaya çatdırılıb.
Hadisənin dəqiq səbəbləri araşdırılır. Rəsmi məlumatlar daxil olduqca əlavə məlumat veriləcək.





