
Prezident İlham Əliyevin gəlini Alena Əliyeva Atletlər kəndində olub.
Bu barədə o, şəxsi Instagram hesabında paylaşım edib. Paylaşımda qeyd olunub ki, Atletlər kəndində “DanceAbility Azerbaijan” təşkilatı üçün icma əsaslı inklüziv mərkəz yaradılması planlaşdırılır.
Məlumata görə, layihənin əsas məqsədi fiziki imkanları məhdud şəxslərin sosial həyata daha fəal cəlb olunması, onların cəmiyyətə inteqrasiyasının gücləndirilməsidir.
Qeyd edək ki, “DanceAbility Azerbaijan” inklüzivlik prinsiplərinə əsaslanan sosial layihələrlə fəaliyyət göstərən təşkilatlardandır.













