
Bakı, 28 yanvar – Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva paytaxtda əlilliyi olan gənclərin də çalışdığı ilk inklüziv iaşə obyekti olan “Kaşalata” kafesini ziyarət edib.
Ziyarət zamanı Alyona Əliyeva kafedə yaradılan şərait və əlilliyi olan gənclərin iş imkanları ilə tanış olub, həmçinin onların fəaliyyətinə dəstək nümayiş etdirib.
Kafe, inklüziv iş mühitinin təşviqi və sosial məsuliyyətin artırılması məqsədilə fəaliyyət göstərir.











