
Ucar rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Hadisə axşam saatlarında rayonun Qarabörk və Gəraybəyli kəndlərində qeydə alınıb. Qarabörk kənd sakini, 1981-ci il təvəllüdlü Elnarə Xəlil qızı Xəlilova və Gəraybəyli kənd sakini, 2020-ci il təvəllüdlü Aliyə Əlisa qızı Vəliyeva dəm qazından zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Zərərçəkənlərə lazımi tibbi yardım göstərilib və onların vəziyyəti stabildir.





