
Goranboy rayonunun Faxralı kəndində qətl hadisəsi baş verib. 1963-cü il təvəllüdlü Zoya Əhmədova bıçaqlanaraq dünyasını dəyişib. Hadisə zamanı onun gəlini, 1995-ci il təvəllüdlü Jalə Yolçuyeva da xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır, saxlanılan şəxsin Vətən müharibəsi qazisi olduğu bildirilir.





