
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva yanvarın 30-da İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə ofisində “Azərbaycan otağı” ilə tanış olub.
Tədbir zamanı Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti və ölkəmizin multilateral əməkdaşlıq sahəsində əldə etdiyi uğurlar barədə fikir mübadiləsi aparılıb. Leyla Əliyeva həmçinin BMT əməkdaşları ilə görüşərək Azərbaycanla bağlı məlumat və təşəbbüslər barədə ətraflı məlumat verib.










