
Bu səhər Rusiyaya məxsus iki Il‑76 hərbi yük təyyarəsi İranın paytaxtı Tehran hava limanına enib.
İran KİV-i bildirir ki, təyyarələrdə Radioelektron Mübarizə sistemləri, Anti‑GPS avadanlıqları və hava hücumundan müdafiə üçün texniki materiallar daşıyıb. Təyyarələrdə həmçinin Rostec şirkətinin mühəndis heyətinin olduğu iddia edilir.
Rəsmi mənbələrdən hələlik bu məlumatlar təsdiqlənməyib. Rusiyanın İranla hərbi‑texniki əməkdaşlığı uzun müddətdir davam edir və regionda diqqət mərkəzindədir.





