
“Qarabağ”ın futbolçusu Kadi Borges qarşıdakı oyunla bağlı fikirlərini bölüşüb.
Qanuntv.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi komandanın diqqətini yalnız hazırkı oyuna yönəltməli olduğunu bildirib. O qeyd edib ki, növbəti mərhələ və ya mümkün rəqiblər barədə indidən düşünmək düzgün yanaşma deyil.
K.Borges bildirib: “Məncə, rəqibi keçib-keçməyəcəyimizi, “Nyukasl”la oyunu indidən düşünməyə ehtiyac yoxdur. Sadəcə meydana çıxıb son dəqiqəyə qədər mübarizə aparmalı və ən yaxşı oyunumuzu göstərməliyik. Nəticənin necə olacağı isə Allahın əlindədir”.
Futbolçu vurğulayıb ki, komanda meydanda maksimum nəticə üçün çalışmalı və azarkeşləri sevindirmək üçün bütün gücünü ortaya qoymalıdır.
Qeyd edək ki, “Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir və komanda növbəti mərhələyə yüksəlmək üçün vacib oyunlara çıxacaq.





